Merc oyunlari saytlari, en yaxsi bukmeker saytlari ve hazir futbol kuponlari

Hazır kuponlar - Al və Qazan!

Verified (təsdiq) kuponlar nə deməkdir

Verification inglis sözü olub, mənası: doğrulama, təsdiq etmək deməkdir. Yəni, hər hansı bir servis (sayt) qarant funksiyasını üzərinə götürərək, kupon və oyun satan şəxslərin satdıqları təhminləri təsdiq edir. Bunun üstünlükləri bəs nədədir. Tutaq ki, hər hansısa bir şəxs instagram, facebook və yaxud öz saytı vasitəsilə kupon satır və əgər onun satdığı kuponlar bizim kuponlar kimi təsdiq olunmursa o, öz müştərilərini çox asan olaraq aldada bilər. Biz bu cür satıcıların aldatma yollarını Sizə anladacayıq. Ən məhşur və sadə yol budur. Bu cür satıcılar bir gündə, hər hansısa oyunlardan ibarət, misal olaraq, 5 müxtəlif kupon hazırlayaraq, ona pul qoyurlar. Oyunlar başa çatdıqdan sonra, onlar sosial şəbəkələrdə və yaxud saytlarında, ancaq, qazanmış kuponlarının şəklini yerləşdirirlər. Məğlub olmuş kuponlar isə gedir zibil vedrəsinə. Müştəridə bu cür satıcının sosial şəbəkədəki səhifəsinə və yaxud saytına daxil olaraq görür ki, həmin satıcının guya bütün kuponları qazanır. Aldanmış müştəri, həmin satıcıdan pul əvəzində yeni bir kupon alır. Satıcı, satış üçün əvvəlcədən 5-10 müxtəlif oyunlu kupon hazır edərək, hər müştəriyə fərqli bir kupon satır. Növbəti gün, həmin satıcı, yenidən öz sosial şəbəkədəki səhifəsinə ancaq qazanmış kuponlarının şəklini yerləşdirir. Məğlub olmuş kuponu alan müştəri isə başa düşmür ki, bu necə baş verdi. Axı onun aldığı kupon məğlub olub, ancaq satıcı növbəti qələbəsini reklam edir. Bu barədə satıcıya yazan müştəri həmin dəqiqə blok olunur və yaxud da, ona yeni kupon veriləcəyi söz verilir. Bayaq qeyd etdiyimiz kimi, bu cür satıcılar konkret bir kupon yox, hər müştəriyə adətən fərqli kupon satırlar. Bəxtinə qələbə qazanan kupon düşən müştəri sevincək olaraq ikinci kupon alır və bu dəfə artıq məğlub olur. Müştərilər məsələnin nə yerdə olduğunu anlayana qədər, artıq bu satıcı xeyli vəsait əldə edərək, bu fırıldağı hər gün yenidən və yenidən təxrar edərək, fırıldaqçılıqla pul qazanır. Biz, bu cür satıcılardan fərli olaraq, bütün müştərilərimizə ancaq bir konkret kupon satırıq və satdığımız kuponların hamısını təsdiq edirik. Siz, bizim təsdiq edilmiş kuponlarımıza burada baxa bilərsiniz. https://kup10.info/verified.php Bu servis nə üçündür. Biz, satışa çıxardığımız kuponları paralel olaraq bu servisə yükləyirik. Bu sayt bir növ üçüncü səxs qismində çıxış edir və bizim kuponlarımızın doğruluğunu təsdiqləyir. Oyunlar bitəndən sonra, servis avtomatik olaraq kuponun qazanıb-qazanmadığını yoxlayır və nəticəni yuxarıda qeyd etdiyimiz linkdə yerləşən səhifəmizdə dərc edir. Biz artıq o nəticələri dəyişdirə, silə. başqası ilə əvəz edə bilmərik. Bununlada istənilən şəxs, bizim neçə kuponumuzun qələbə qazandığını və yaxud məğlub olduğunu rahatlıqla yoxlaya bilərlər. Bunun əsasında biz, Azərbaycanda ilk olaraq, tam şəffaflıqla müştərilərimizə kuponların satışını təşkil edirik.
Bu servisdən istifadə qaydasını Sizə, qısacada olsa nümayiş etdirəcəyik.
İlk olaraq səhifəmizdə şəkildə qırmızı markerlə işarələnmiş bölməyə fikir verin. Burada bizim ümumi oynanılmış kuponların sayı, uduşlu kupon sayı və məğlub olmuş kuponların sayı əks olunur. Yaşıl + işarəsi tutan kuponlardır, qırmızı - olan isə məğlub olan. Şəkildədə göründüyü kimi, hələ ki, bizim 6 kuponumuz qələbə qazanım , 2 kupon isə məğlub olub.

Lap aşağıda isə kuponlarda olan oyunlar və onların əmsalları göstərilir.

Qırmızı halqaya aldığımız kuponun ümumi əmsalı, ox ilə göstərdiyimiz isə kuponun qələbə qazanıb-qazamadığını göstərir. Əgər qırmızı rəqəmdirsə deməli kupon məğlub olub, yaşıldırsa kupon qələbə qazanıb. Bu servis barəsində daha ətraflı öyrənmək istəsəniz, bizimlə əlaqə saxlaya bilərsiniz. Əgər bu servis sizə çətin gəlirsə, o zaman Siz, özümüzün hazırladığımız, oynanılmış kuponların daha sadə satistikası ilə bu bölmədə tanış ola bilərsiniz. Oynanılmış kuponlar